Lui de Broyl

Lui Viktor Pyer Raymon(fr. Louis-Victor-Pierre-Raymond, 7ème duc de Broglie, Louis de Broglie, 7-ci Brolyi hersoqu, Lui de Broyl kimi daha məşhur olub (fr. Louis-Victor-Pierre-Raymond, 7ème duc de Broglie, Louis de Broglie; 15 avqust 1892 , Dyep — 19 mart 1987, Lüvesyen) – fransalı nəzəriyyəçi fizik, kvant mexanikasının banilərindən biri, 1929-cu il fizika üzrə Nobel mükafatının laureatı, Fransanın elmlər akademiyasının üzvü (1933-cü ildən) və onun daimi katibi (1942-ci ildən), fransa akademiyasının üzvü (1944-cü ildən). Lui de Broyl kvant nəzəriyyəsinin fundamental problemləri üzrə işlərin müəllifidir. Dalğa mexanikasının inkişafına başlanğıc verən material hissəciklərin dalğa xüsusiyyətləri haqda hipotez (de Broyl dalğaları və ya materiya dalğaları) ona aiddir. Alim kvant mexanikanın orijinal interpretasiyasını (pilot-dalğa nəzəriyyəsi, ikili həll nəzəriyyəsi) təklif edib, qeyri-asılı spinli hissəciklərin, xüsusi ilə fotonların (işığın neytrin nəzəriyyəsi) relyativist nəzəriyyəsini inkişaf etdirib, radiofizika, sahənin klassik və kvant nəzəriyyələri, termodinamika və fizikanın digər bölmələrinə aid məsələləri ilə məşğul olub.


Developed by StudentB